
““İran osminoqu”nun başını kəsdik, hazırda qollarını kəsmək üzərində çalışırıq”.
“Teleqraf” xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsini şərh edərkən deyib.
““İran osminoqu”nun başını kəsdik, hazırda qollarını kəsmək üzərində çalışırıq. Prezident Donald Tramp və Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail-Amerika birgə hücumu öz miqyasına görə misli görülməyib. Siyasi-təhlükəsizlik eşelonları arasında koordinasiya və əməkdaşlıq heç vaxt bu qədər sıx olmayıb. “Aslanın nərəsi” əməliyyatı lazım olan qədər davam edəcək”, - müdafiə naziri bildirib.