İran Prezident Administrasiyasının və Ali Təhlükəsizlik Şurasının binaları vuruldu

İsrail Müdafiə Ordusu Tehranda hökumət obyektlərinə, İran Prezidenti Məsud Pezeşkianın ofisinə və Ali Milli Təhlükəsizlik Şurasının binasına zərbələr endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

"Kompleksə zərbə zamanı Prezident Administrasiyasının və Ali Milli Təhlükəsizlik Şurasının binalarına çoxlu sayda sursat atılıb", - məlumatda deyilir.

 

Bundan başqa, sənəddə təhlükəsizlik sahəsində qərar qəbuluna görə cavabdeh olan ali rəhbərliyin iclaslarının keçirildiyi kompleks, İran zabitlərinin təlim müəssisəsi və digər əsas infrastruktur obyektlərinin vurulduğu qeyd edilir.

 

"Adıçəkilən kompleks İranda ən çox mühafizə olunan obyektlərdən biridir və Tehranın mərkəzində bir neçə məhəlləni əhatə edir. Rəhbərlik və yüksək rütbəli təhlükəsizlik rəsmiləri orada mütəmadi olaraq müşavirələr keçirirdilər", - məlumatda vurğulanır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.