
Türkiyə İran istiqamətindən atılan ballistik raketi məhv edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İran ərazisindən atıldığı müəyyən edilən, İraq və Suriyanın hava məkanından keçdikdən sonra Türkiyəyə istiqamətlənən ballistik raket Aralıq dənizinin şərqində yerləşdirilən NATO-nun hava və raket hücumundan müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib.
