Hakan Fidan Abbas Əraqçiyə xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

 

Telefon danışığı zamanı Fidan Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raket barədə etirazını qarşı tərəfə çatdırıb.

 

O həmçinin, münaqişənin yayılmasına səbəb olacaq hər hansı addımlardan çəkinməyin zəruriliyini ifadə edib.

 

Qeyd edək ki, İran ərazisindən Türkiyənin hava məkanına yönəlmiş ballistik raket Suriyanın hava məkanında vurulub. Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. İtki yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.