
"İran diplomatiya yolu ilə ABŞ və İsraillə müharibədən yayınmağa çalışıb, lakin onların hərbi təcavüzü müdafiə olunmaqdan başqa seçim qoymayıb".
Senzor.az bildirir ki, İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın "X" platformasında qonşu və dost ölkələrin liderlərinə ünvanladığı müraciətində belə deyilir.
"Hörmətli dost və qonşu dövlətlərin liderləri, biz sizin köməyiniz və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin ABŞ-İsrail təcavüzü bizə müdafiə olunmaqdan başqa seçim qoymadı. Biz sizin suverenliyinizə hörmət edirik və hələ də hesab edirik ki, regional sülh region ölkələrinin kollektiv səyləri ilə təmin edilməlidir", - deyə Prezident vurğulayıb.