
Qonşu və dost ölkəmiz Türkiyəyə hər hansı bir raket atılmasını təkzib edirik.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran Silahlı Qüvvələrinin bəyanatında belə deyilir.
“İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost ölkə Türkiyənin suverenliyinə hörmət edir və həmin ölkənin ərazisinə hər hansı raket atılmasını təkzib edir”, - bəyanatda vurğulanır.
Qeyd edək ki, dünən Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkarlanan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı.