
Budapeşt Kiyevin şantajına boyun əyməyəcək, Ukraynaya pul göndərməyəcək və onu Avropa İttifaqına buraxmayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu “Kossuth” radiosuna müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin onun ünvanına söylədiyi təhdidlərə cavab olaraq deyib.
Baş nazir Kiyev “Drujba” boru kəməri ilə neft nəqlini bərpa edənədək Ukrayna üçün vacib olan bəzi malların tranzitini dayandıracağını bildirib.
Qeyd edək ki, Zelenski Macarıstan liderini “öz dilində” başa salmaq üçün Orbanın ünvanını Ukrayna ordusuna verəcəyi ilə bağlı təhdid edib.