
"İsrailin İran rejimini sarsıda biləcək "sürprizləri" hələ qarşıdadır".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu addımlar İran xalqına öz gələcəyini müəyyən etmək üçün şərait yaratmağa yönəlib.
Netanyahu, həmçinin Livan hökumətinə müraciət edərək "Hizbullah" təşkilatının silahlı birləşmələrinin dərhal tərk-silah edilməsini tələb edib. O xəbərdarlıq edib ki, əgər bu baş verməzsə, Livan hökuməti bunun "əvəzini ödəyə bilər".
Xatırladaq ki, martın 2-nə keçən gecə Livan ərazisindən İsrailin şimalına raket zərbələri endirilib. Hücumun məsuliyyətini "Hizbullah" üzərinə götürüb və bunu İranın ali lideri Əli Xameneinin öldürülməsinə cavab kimi izah edib. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə kütləvi zərbələr endirməyə başlayıb.