
İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının üçüncü lideri Ayətullah Seyid Müctəba Xameneiyə sədaqət andı içib.
Bu barədə İranın “Tasnim” Agentliyi məlumat yayıb.
Məsud Pezeşkian Ayətullah Müctəba Xameneiyə qəti inandığını və onun rəhbərliyi altında İranın güclənəcəyinə əminliyini qeyd edib.
Xatırladaq ki, İranın Ekspertlər Şurası martın 9-da Ayətullah Seyid Müctəba Xameneini İslam İnqilabının yeni Ali Lideri elan edib.