
Ermənistanın Baş naziri Nikol Paşinyan Müctəba Xameneini İran İslam Respublikasının Ali rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məktubda deyilir:
“Sizi İran İslam Respublikasının Ali rəhbəri seçilməyiniz münasibətilə təbrik edirəm.
Əminəm ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq.
Bu fürsətdən istifadə edərək, dost İran xalqına firavanlıq və davamlı sülh arzulayıram”.