
İsraildə İranın raket hücumları nəticəsində son sutka ərzində daha 191 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralananlar arasında həm mülki şəxslərin, həm də hərbçilərin olduğu bildirilir.
Fevralın 28-dən, yəni müharibə başlayandan bəri isə ümumilikdə 2 339 nəfər xəstəxanaya köçürülüb, onların əksəriyyəti müalicə edilərək evə buraxılıb.