
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İranın yeni Ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı şayiələri təkzib edib.
TASS-ın verdiyi məlumata görə, bu barədə o, Teleqram kanalında bildirib.
"Müctəba Xameneinin yaralanması barədə xəbərləri eşitdim. Onunla əlaqəli olan dostlarımdan soruşdum. Sağlam olduğunu və heç bir problem olmadığını söylədilər", - Y.Pezeşkian yazıb.