“Rusiya işğalçıları tempi azaltsalar da, Ukraynada müxtəlif istiqamətlərdə uğur əldə etməyə səy göstərirlər”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: “Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”.
Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.
“Düşmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”, - nazirliyin məlumatında vurğulanıb.