
ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlar şiddətlənərsə, İranın elektrik şəbəkəsini bir saat ərzində məhv etməklə hədələyib.
Bu barədə TASS məlumat yayıb.
"Biz Tehranın ərazilərinə və digər nöqtələrə zərbə endirə bilərik. Əgər bu baş verərsə, onların ölkəni yenidən qurması faktiki olaraq mümkün olmayacaq. Amma biz bunu istəmirik", - deyə ABŞ lideri Vaşinqton yaxınlığındakı "Endryus" Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ eyni vaxtda İranın elektrik şəbəkəsinə zərbə endirə bilər. "Biz onların elektrik şəbəkəsini bir saat ərzində məhv edə bilərik. Onu yenidən qurmaq üçün isə 25 il lazım olacaq", - deyə Ağ Ev rəhbəri əlavə edib.