
Gürcüstan tərəfdən xahiş və ya çağırış olmayıb, lakin digər tərəfdən bizim üzərində çalışdığımız ortaq gündəliyimiz var.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Avropa İttifaqı-Gürcüstan münasibətlərindən niyə bəhs etdiyinə aydınlıq gətirərkən deyib.
O, Avropa Parlamentinin tribunasından narahatlığını ifadə etdiyini vurğulayıb.
"Çünki biz Avropa İttifaqı və Gürcüstan arasındakı vəziyyətdən həqiqətən də narahatıq", - Paşinyan əlavə edib.
APA xatırladır ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Aİ-yə inteqrasiyasına ən böyük maneələrdən birinin qurumla Gürcüstan arasında siyasi dialoqun dondurulmasının olduğunu bildirib. O, Aİ və Gürcüstan arasında konstruktiv prosesin inkişaf etdirilməsini xahiş edib.