
ABŞ, İsrail və İran arasındakı 13 günlük müharibə animeyə uyğunlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, “Xamenei qayıtdı” adlı anime İran mediasında, eləcə də sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb.
Anime ABŞ-İsrail hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsi ilə başlayır.
Daha sonra yüksək rütbəli bir generalın ABŞ Prezidenti Donald Trampa əməliyyatın başa çatdığını bildirməsi göstərilir.
Hekayənin davamında Müctəba Xamenei peyda olur. O, ölümündən sonra atasının üzüyünü və İran bayrağını götürərək, liderliyə yüksəlir. Videonun son hissəsində Müctəba Xameneinin əmrləri ilə başlayan genişmiqyaslı əks-hücum göstərilir. Ssenari İran raketlərinin atıldığı görüntülərlə başa çatır.