Zelenski Rusiyanın hücumlarından danışdı: Moskva Yaxın Şərqdəki müharibədən istifadə etməyə çalışacaq

Ukraynanın bir sıra bölgələrində Rusiyanın kütləvi hücumlarının nəticələrinin aradan qaldırılması davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

Onun sözlərinə görə, Rusiya üçün əsas hədəf Kiyev vilayətinin enerji infrastrukturu olub, lakin mülki müəssisələrə, o cümlədən yaşayış binalarına ziyan dəyib.

 

Zelenski hazırda dörd nəfərin öldüyünün məlum olduğunu diqqətə çatdırıb: “Çox sayda yaralı var və insanlar hələ də tibb işçilərinə müraciət edirlər”.

 

Zelenski qeyd edib ki, Rusiya son sutkada 430-a yaxın müxtəlif növ dron və 13-ü ballistik olmaqla 68 raketlə Ukraynaya hücum edib, onlardan 58-i Ukrayna Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulub.

 

Ukrayna lideri vurğulayıb ki, “Rusiya Yaxın Şərqdəki müharibədən Ukraynanı daha da məhv etmək üçün istifadə etməyə çalışacaq, buna görə də real təhlükə səviyyəsini nəzərə almaq və buna uyğun olaraq hazırlaşmaq lazımdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.