
Türkiyənin 27 vilayətində FETÖ ilə mübarizə çərçivəsində aparılan əməliyyat nəticəsində saxlanılan 77 şübhəlidən 47-si barəsində həbs qətimkan tədbiri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslərin kriptoqrafik rabitə proqramı olan "ByLock" istifadəçiləri olduqları, taksofonlar vasitəsilə gizli rabitə qurduqları və şəbəkənin rəhbər şəxsləri ilə əlaqə saxladıqları iddia edilir.
Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılan 77 nəfərdən 47 nəfər məhkəmə qərarı ilə həbs edilib. Digər şəxslərlə bağlı istintaq hərəkətləri davam etdirilir.
Qeyd olunur ki, saxlanılanlar arasında barəsində əvvəllər qəti həbs cəzası çıxarılan və axtarışda olan şəxslər də var.