
"İran ölkənin yanacaq və ya energetika infrastrukturuna hücum ediləcəyi təqdirdə, ABŞ-a sərt cavab verəcək".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu "Xatəm əl-Ənbiya" Hərbi komandanlığı mərkəzi qərargahının nümayəndəsi ABŞ Prezidenti Donald Trampın 48 saatlıq ultimatumunu şərh edərkən deyib.
Hərbçi xəbərdarlıq edib ki, əgər Ağ Evin rəhbəri hədələrini reallaşdırsa, İran buna cavab olaraq ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin energetika, informasiya-texnologiya və suyun duzsuzlaşdırılması infrastrukturuna zərbələr endirəcək.