“Düşmənin Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı son məlumatda belə deyilir.
““S-300" zenit-raket diviziyaları isə 3 təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar "Su-30" və "Su-35" təyyarələridir. Həmçinin "Buk M-1" zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.
Ukraynanın "Su-25" hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.
Hərbi Hava Qüvvələrinin "Su-24m" təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanınsütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. “Bayraktar TB” ekipajları da xüsusi fəaliyyət göstərib”, - nazirlikdən bildirilib.