Vaşinqton İrana qarşı əməliyyatların miqyasını azaltmayacaq

ABŞ İranla diplomatik təmaslar dövründə İslam Respublikasına qarşı həyata keçirilən hərbi əməliyyatın miqyasını azaltmaq niyyətində deyil.

 

Bunu  "The New York Times" (NYT) qəzetinə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

 

"Prezident Tramp və onun nümayəndələri İranla diplomatik danışıqlar aparmaq üçün bu yeni imkanı nəzərdən keçirdiyi bir vaxtda, Ali baş komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə çatmaq üçün "Epik Qəzəb" əməliyyatı intensivliyi azaldılmadan davam etdirilir", - deyə o bildirib.

 

Qəzet adı açıqlanmayan iki məmura istinadən qeyd edir ki, ABŞ hərbi münaqişəyə son qoymaq üçün 15 maddəlik planını Pakistan vasitəsilə İrana çatdırıb.

 

"Tehranın bu təklifləri danışıqlar üçün əsas kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin ABŞ-ın ideyaları ilə tam razı olub-olmadığı məlum deyil", - deyə NYT vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.