Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “feysbuk” səhifəsində bildirilir.
İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.
**19:54
Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Teleqram”da bildirib.
Raket zərbəsi nəticəsində teleqüllədə yanğın başlayıb. Hazırda yanğının davam etdiyi bildirilir.