
İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın son hədəsinə “X” hesabında cavab verib.
Senzor.az bildirir ki, Pezeşkian Trampın “İranı Daş dövrünə qaytaracağıq” sözlərini belə şərh edib:
“Bir ölkəni bütünlüklə Daş dövrünə qaytarmaq təhdidi kütləvi müharibə cinayəti deyilmi? Bu sualı mən hüquqşünas olan finlandiyalı həmkarıma (Aleksandr Stubb - red.) verdim. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərlə doludur”.
Xatırladaq ki, Donald Tramp iki gün öncə müharibə ilə bağlı xalqa müraciəti zamanı ABŞ-ın yaxın iki-üç həftə ərzində İrana "son dərəcə sərt" zərbələr endirəcəyini və İslam Respublikasını Daş dövrünə qaytaracağını bildirmişdi.