Alen Simonyan: Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT-dən çıxacaq
VİDEO

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ehtimalı azdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan deyib.

 

“Xüsusilə əmtəə və qazın qiymətləri ilə bağlı belə müzakirələr yeni deyil və uzun illərdir aparılır. Əgər Ermənistan üçüm qazın qiymətinin artırılması ilə bağlı qərar qəbul edilərsə, Rəsmi İrəvan öz qərarını verəcək. Həm KTMT, həm Aİİ, həm də digər strukturlardan tamamilə çıxacaq. Lakin bunun baş verəcəyini düşünmürəm, çünki bilirəm ki, iki ölkənin rəhbərləri arasında çox yaxşı, işgüzar və səmərəli bir söhbət olub”, – deyə o, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada keçirilən görüşü ilə bağlı sualı cavablandırarkən brifinqdə bildirib.

 

“Biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyi də planlaşdırmırıq. Eyni zamanda, biz Ermənistanın maraqlarını qorumuşuq və qoruyacağıq”, – deyə o qeyd edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.