
İranın pilotsuz uçuş aparatı Bəhreynin "Bapco Energies" neft-qaz şirkətinin yanacaq rezervuarlarından birini vurub, zərbə nəticəsində yaranan yanğın söndürülüb.
TASS xəbər verir ki, korporasiyanın Bəhreyn İnformasiya Agentliyi tərəfindən yayılan bəyanatında belə deyilir.
"Hücum nəticəsində xəsarət alan yoxdur. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır", - deyə "Bapco Energies"in bəyanatında qeyd olunub.