Tehrandan Trampın “48 saat” təhdidinə sərt cavab:
GƏLİN, CƏHƏNNƏM QAPILARI AÇILACAQ...

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qoşun Qərargahının komandanı, general-leytenant Əli Abdullahi ABŞ Prezidenti Donald Trampın son təhdidləri fonunda Tehranın ABŞ və İsrailə sərt cavab verməyə hazır olduğunu bəyan edib.

 

Bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Onun sözlərinə görə, münaqişənin əvvəlindən İran tərəfi verdiyi bütün vədləri yerinə yetirib. Əli Abdullahi əlavə edib ki, ABŞ və İsrailə ünvanlanan mesajda onlar üçün "cəhənnəm qapılarının açılacağı" barədə xəbərdarlıq edilib.

 

"Bu müharibənin başlanğıcından bəri vəd etdiyimiz hər şeyi icra etmişik və budur bizim sadə mesajımız: cəhənnəm qapıları sizin üçün açılacaq", - deyə o bildirib.

 

Əli Abdullahi həmçinin vurğulayıb ki, İranın enerji infrastrukturu obyektlərinə hər hansı zərbə İslam Respublikası tərəfindən sərt cavab tədbirlərinə səbəb olacaq. Onun sözlərinə görə, belə bir halda ABŞ və İsrailin regiondakı bütün obyektləri hədəfə alınacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.