
Ukrayna Ali Radasının “Telegram” kanalının xəbərinə görə, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Rusiya desantları Xarkova enib. Silahlılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. Onlarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb”, - məlumatda deyilir.
“Ukraynanın Operativ Silahlı Qüvvələri” “Telegram” kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.