Abşeronun icra başçısı yağışın fəsadları ilə bağlı sakinlərlə görüşdü – FOTO

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ADSEA-nın Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev və  aidiyyəti qurum rəhbərləri rayon ərazisində su basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olublar.

 

Senzor.az bildirir ki, RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb.

 

Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində işə salınıb.

 

RİH başçısı o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Subasmanın fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib. Görüşlərdə subasmaların qarşısını alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqların verildiyi, müvafiq işlərin yaxın zamanlarda görüləcəyi bildirilib.

 

Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir.





















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.