İran Trampdan Vensi istəyir

İran ABŞ-dan müharibənin dayandırılması ilə bağlı təkliflər alıb. Bu təkliflərə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun əvəzinə Vitse-prezident Ceyms Devid Vensin danışıqlara cəlb edilməsi də daxildir.

 

Bu barədə İranın “Fars” informasiya agentliyi mənbələrinə istinadla məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Tehranla görüş və razılaşma əldə etməyə çalışır: “ABŞ-ın təklifi, Stiven Uitkoffun İsrail Baş naziri Benyamin Netanyahuya yaxınlığı səbəbilə prosesdən kənarlaşdırılmasını və İran tələblərinə cavab olaraq daha ciddi dialoqun qurulması üçün Ceyms Devid Vensin rəhbərliyi ilə danışıqlara başlanmasını nəzərdə tutur”.

 

Mənbə qeyd edib ki, Vaşinqtonda İranla davam edən mübahisə səbəbindən gələn həftə enerji daşıyıcılarının qiymətlərinin artması ehtimalı ciddi narahatlıq doğurur və Ağ Ev bunun qarşısını almağa çalışır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.