Ərdoğan İspaniyanın Baş naziri ilə danışdı:
REGİONAL VƏ QLOBAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançez ilə telefon danışığı aparıb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, liderlər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

 

Ərdoğan bildirib ki, Türkiyə ilə İspaniyanın xüsusilə müdafiə sahəsi başda olmaqla bütün istiqamətlərdə nümayiş etdirdiyi həmrəylik xalqlar tərəfindən də məmnuniyyətlə qarşılanır və münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

 

Ərdoğan danışıq zamanı, İranın dağıdıcı hücumlarının qəbuledilməz olduğunu vurğulayıb, hər kəsin sülhə, diplomatiyaya üstünlük verməli olduğunu qeyd edib.

 

Bundan əlavə, o qeyd edib ki, Türkiyə Rusiya–Ukrayna müharibəsinin sona çatdırılması üçün danışıqların yenidən canlandırılmasını və beynəlxalq ictimaiyyətin sülh yönümlü təşəbbüslərə daha ciddi yanaşmasını vacib hesab edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.