
İran hələ də ən azı 1000 ballistik raketə və 300 buraxılış qurğusuna sahibdir.
Modern.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyatı məlumat yayıb.
Xatırladaq ki, müharibədən əvvəl İranın arsenalında təxminən 2500 ballistik raketin və minlərlə dronun olduğu açıqlanmışdı. ABŞ və İsraillə qarşıdurma zamanı İranın 3 mindən çox dron və təxminən 700 raketdən istifadə etdiyi bildirilirdi.
Hazırda İranın ballistik raket və dron istehsal etmək imkanlarının məhdud olduğu da qeyd edilib.