ABŞ İrana uranın zənginləşdirilməsi üçün 20 illik moratorium təklif edib - TEHRAN RAZILAŞMAYIB
VİDEO

ABŞ İslamabadda (Pakistan) keçirilən danışıqlar zamanı İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.

 

Bu barədə "Axios" amerikalı rəsmi mənbələrəstinadən məlumat yayıb.

 

Məlumata görə, İran tərəfi cavab olaraq moratorium üçün daha qısa müddət təklif edib və mənbələr bu müddəti 20 ildən "birmənalı şəkildə az" kimi xarakterizə edirlər.

 

"İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları razılaşmaların əldə edilməsi yolunda əsas maneə olaraq qalır. Xüsusilə də, mübahisə Tehranın uranın zənginləşdirilməsindən və artıq toplanmış ehtiyatlarından imtina etməyə hazır olub-olmaması ilə bağlıdır", - mənbələr qeyd ediblər.

 

"Axios"un məlumatına görə, Tehran zənginləşdirmə səviyyəsinin nəzarət altında azaldılması təklifi irəli sürüb. Mənbələr, həmçinin qeyd edirlər ki, İran tərəfi aralıq razılaşmanın əldə olunacağını gözləyirdi, lakin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin danışıqların başa çatması və ABŞ nümayəndə heyətinin gedişi barədə bəyanatı onlar üçün gözlənilməz olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.