
"Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib."
Senzor.az bildirir ki, KİV-in sorğusuna Dövlət Gömrük Komitəsindən (DGK) verilən cavabda belə deyilir.
"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə DGK-nın cavabında vurğulanıb.