İran Prezidenti Pakistan ordusunun baş komandanı ilə görüşüb

İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasına səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüşüb.

 

Bu barədə "Tasnim" məlumat yayıb.

 

Qeyd olunub ki, görüşdə ABŞ ilə İran arasında atəşkəs rejimi, sülh sazişinin imzalanması kimi məsələlərə toxunulub.

 

"İslamabad danışıqlarının ikinci mərhələsi ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.

 

İranın xarici işlər naziri Abbas Əraqçinin də qatıldığı görüşdə İsrail ilə Livan arasında atəşkəs barədə də müzakirələr aparılıb.

 

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

 

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

 

Aprelin 13-ü ABŞ Hörmüz boğazını blokadaya alıb. İki gün sonra - aprelin 15-də ABŞ Prezidenti Donald Tramp boğazın blokadadan çıxarıldığını bəyan edib.

 

Qeyd edək ki, D. Tramp həm də İsrail və Livanın 10 günlük atəşkəs elan etdiyini bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.