İran ABŞ ilə sülh razılaşması üçün əsas şərtini açıqladı

"Tehranla saziş bağlamaq üçün Vaşinqton əvvəlcə İran xalqının etimadını qazanmalıdır".

 

"Tasnim" agentliyi xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

 

Onun sözlərinə görə, ABŞ birtərəfli hərəkətlərdən imtina etməli və dialoqa yanaşmada öz iradəsini zorla qəbul etdirmək cəhdlərini dayandırmalıdır.

 

"Ümumilikdə, danışıqlarda irəliləyiş əldə etmişik, lakin hələ də çoxlu boşluqlar və bəzi fundamental məqamlar qalır. ABŞ İran xalqının etimadını necə qazanacağına qərar verməlidir. Bu, Vaşinqtonun atmalı olduğu ən vacib addımdır", - deyə Məhəmməd Baqir Qalibaf bildirib.

 

Parlament sədri Tehranın tədrici addımlar siyasətinə sadiq qaldığını da vurğulayıb.

 

"Bu o deməkdir ki, saziş bağlanacağı təqdirdə hər iki tərəf öhdəliklərini sinxron şəkildə yerinə yetirməlidir. İranın addımı ABŞ-ın addımı ilə müşayiət olunmalıdır. Bir tərəfin öhdəliklərini yerinə yetirib, digər tərəfin bunu etməməsi qəbuledilməzdir", - deyə Qalibaf izah edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.