
Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münir ABŞ Prezidenti Donald Trampla İran barədə müzakirə aparıb.
Bu barədə “Reuters” Pakistanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“Pakistan Ordusunun komandanı Donald Trampa bildirib ki, Hörmüz boğazı ətrafında tətbiq edilən blokada danışıqlara mane olur. ABŞ Prezidenti isə onun məsləhətini nəzərdən keçirəcəyini deyib”, - deyə mənbə vurğulayıb.