
“Haber Global” bildirir ki, o, jurnalistlər üçün təşkil etdiyi brifinqdə Qərb ölkələrini bu faciənin qarşısını vaxtında almamaqda günahlandırıb.
“Biz ailələrimizə görə, sevdiklərimizə görə, Ukraynanı itirməyimizə görə qorxuruq. Qərb və NATO-dan təhlükəsizlik təminatı istəyirik.
Biz “savaşa girin” demirik, “savaşın qarşısını alın” deyirik. Amma Qərb tərəfindən bir zəiflik gördük burada”, - deyə dövlət başçısı bildirib.
O, gec də olsa ölkəyə silah göndərən dövlətlərə təşəkkür etdiyini bildirib: “Onların gecikməsi minlərlə ukraynalının həyatına son qoydu”.
Dövlət başçısı xəbərdarlıq edib ki, əgər məğlub olsalar, növbədə Baltikyanı ölkələr, Polşa, Gürcüstan və digərləri olacaq.