Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub etdi, "Sabah"ın çempionluğu rəsmiləşdi
QURBAN QURBANOVDAN REAKSİYA

Azərbaycan Premyer Liqasında"Sabah"ın çempionluğu  rəsmiləşib.

 

Senzor.az bildirir ki, bu, liqanın XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.

 

"Palms Sports Arena"da keçirilən qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

 

Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.

 

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.

 

29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.

 

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

 

Xatırladaq ki, "Qarabağ"a 18 oyundur qalib gələ bilməyən "Neftçi" sonuncu qalibiyyətinə 2021-ci ildə nail olub.

 

Bu arada “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında “Neftçi”ni təbrik edib: “Bu gün onlar çox istəkli idilər”.

 

Çempion olmamalarını isə təcrübəli mütəxəssis bir neçə səbəblə əlaqələndirib: “Məsələn, çempionata yaxşı hazırlaşmadıq. Əvvəlcədən liqanın gücünü bilmədik. Çempionlar Liqası da bizi çox yordu. Futbolçulara da başqa təkliflər oldu. Bu da motivasiyaya təsir etdi. “Sabah” da çox hazırlıqlı komandadır. Heç bir oyunda boşluq vermədilər. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilər çempionatda bu hallar baş verir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.