Trampın Çinə səfəri ərəfəsində Pekindən İrana dəstək

Çin çərşənbə günü ABŞ ilə münaqişə fonunda İrana dəstəyini bildirib. 

 

Xarici KİV bildirir ki, bu dəstək gələn həftə ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri ərəfəsində verilib.

 

Çinin xarici işlər naziri Van İ Pekində keçirilən görüşdə iranlı həmkarı Abbas Əraqçiyə deyib: “Çin İranın milli suverenliyini və təhlükəsizliyini dəstəkləyir və Tehranın diplomatik kanallar vasitəsilə siyasi həll axtarmaq istəyini yüksək qiymətləndirir”. 

 

O əlavə edib ki, münaqişənin yenidən başlaması qəbuledilməzdir və danışıqlarda israrlı olmaq xüsusilə vacibdir.

 

Bu, Əraqçinin müharibə başlayandan bəri Çinin dəvəti ilə Pekinə ilk səfəridir.

 

Pekin görüşü ABŞ ordusu və İran tərəfindən hələ də bloklanan və qlobal enerji təchizatına təsir edən Hörmüz boğazındakı gərginlik fonunda baş tutub.

 

Van İ iranlı həmkarına bildirib: “Hörmüz boğazına gəldikdə, beynəlxalq ictimaiyyət boğazlardan normal və təhlükəsiz keçidin bərpası ilə bağlı ortaq narahatlığı bölüşür və Çin tərəflərin bu sərt çağırışlara dərhal cavab verəcəyinə ümid edir”.

 

Azərtac xatırladır ki, Donald Trampın İrana qarşı müharibə səbəbindən təxirə salınan Çinə dövlət səfəri 14-15 may tarixlərində planlaşdırılır. 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.