
Uyğun şərait yaranacağı təqdirdə Azərbaycana səfər etməyə hazıram.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Mən dəvət olunsam və uyğun imkan yaranarsa, Azərbaycana səfər etməyə hazıram. Həmkarımı da (Milli Məclisin sədri Sahibə Qafarova-red.) İrəvana səfər etməyə dəvət edirəm”, - o deyib.