
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 6-da Hərbi-siyasi kabinetin iclası başa çatdıqdan sonra ABŞ Prezidenti Donald Trampla telefon danışıb.
Bu barədə "Ynet" məlumat yayıb.
Məlumata görə, Kabinetin iclası və liderlər arasında danışıqlar ABŞ ilə İran arasında müharibənin dayandırılması haqqında razılaşmaya dair danışıqlarda irəliləyişin əldə olunması barədə xəbərlər fonunda keçirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin bağlanması ilə bağlı nikbinliyini ifadə edərək, gələn həftə Çinə səfərindən əvvəl razılaşmanın əldə oluna biləcəyini bildirib.