Rusiya qoşunlarına qarşı müqavimət davam edir.
Senzor.az bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin ölkədəki son durumla bağlı yaydığı operativ məlumatda belə deyilir.
“Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq və blokadaya alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələrinin qrupları əməliyyat ehtiyatlarının böyük hissəsini tükəndirdi. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə, resursları köçürməyə başladılar. Rusiya altı BTQ-nin köməyi ilə Mariupol şəhəri ətrafında mühasirəni davam etdirməyə çalışır", - deyə məlumatda vurğulanır.
Məlumata görə, Rusiya hərbçiləri Qara dəniz sahillərini tutmaq iddialarından əl çəkmirlər: "Rusların taktikasında dəyişiklik olub. Onlar əhaliyə psixoloji təsir etməyə çalışırlar. Bu günlərdə qarşı tərəfin dezinformasiya yayması gözlənilir. Xalqımız ayıq-sayıq olmalıdır”.
Ukrayna Baş Qərargahı isə Rusiyanın verdiyi itkilər haqda açıqlama yayıb: “Fevralın 24-dən Rusiya qoşunlarının Ukraynada şəxsi heyət baxımından itkilərinin sayı 9 166 nəfərdir”.
Eyni zamanda bildirilib ki, Rusiyaya məxsus 251 tank, 939 zirehli döyüş maşınları, 105 ədəd artilleriya sistemləri, 50 ədəd reaktiv yaylım atəş sistemi, 18 ədəd hava hücumundan müdafiə sistemləri, 33 ədəd təyyarə, 37 ədəd helikopter, 404 ədəd avtomobil avadanlığı, 2 ədəd yüngül sürətli qayıqlar, 60 sistern, 3 kəşfiyyat PUA-sı ələ keçirilib.
“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib”, - deyə Baş Qərargah qeyd edib.