Ərdoğan Əlcəzair Prezidenti ilə görüşdü: FƏLƏSTİNDƏ İKİ DÖVLƏTLİ HƏLLİN TƏRƏFDARIYIQ

Türkiyə Fələstində "iki dövlətli həll"in tərəfdarıdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu əlcəzairli həmkarı Əbdelmacid Tebbunla görüşdə deyib.

 

"Türkiyə və Əlcəzair olaraq bölgəmizin sülh və təhlükəsizliyini çox ciddi şəkildə təhdid edən zorakılıq sarmalının sona çatdırılmasında ortaq mövqeyə sahibik", - Ərdoğan bildirib və əlavə edib ki, İslam ölkələri arasındakı artan yaxınlaşma və əməkdaşlıq müsbət inkişafdır.

 

Ərdoğan bu səylərin beynəlxalq və regional ittifaqlara bənzər İslam birliyinin qurulmasına töhfə verməsini arzulayıb.

 

Qeyd edək ki, "iki dövlətli həll" İordan çayı ilə Aralıq dənizi arasında yerləşən ərazidə iki müstəqil dövlətin – İsrail ilə Fələstinin sülh və təhlükəsizlik şəraitində yanaşı mövcud olmasını ehtiva edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.