
Avropa İttifaqı (Aİ) Ukraynaya 3,2 milyard avro həcmində vəsait ayırıb.
Senzor.az bildirir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
"Avropa İttifaqı 2026-2027-ci illəri əhatə edən 90 milyard avro məbləğindəki yeni maliyyələşdirmə proqramı çərçivəsində Ukraynaya ilk tranş olaraq 3,2 milyard avro vəsait ayırıb", - o qeyd edib.