
Ukrayna və Rusiya arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial media səhifələrində məlumat verib.
Zelenski bildirib ki, bu gün 160 ukraynalı hərbçi əsirlikdən azad edilib. Onların hamısı 2022-ci ildən bəri əsirlikdə saxlanılırdı.
“Bu gün azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin, Milli Qvardiyanın əsgərləri və sərhədçiləri də var. Onlar Ukraynanı Mariupold, Donetsk, Luqansk, Xarkov, Zaporojye, Kiyev, Çerniqov və Sumı istiqamətlərində müdafiə ediblər. Əsirlikdə olan hər kəsi xatırlayırıq. Hər bir adı yoxlayırıq. Hər kəs - həm hərbçilər, həm də mülki şəxslər - geri qaytarılmalıdır”, - deyə Zelenski əlavə edib.
Rusiya mediasının ölkənin Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə isə budəfəki əsir mübadiləsi "160-ın 160-a" formulu üzrə həyata keçirilib.