Borçalıda aeroport tikilir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze  parlamentdə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.

 

Modern.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, Baş nazir İrakli Kobaxidze 2027-ci ilin sonunda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisinə başlanılmasının nəzərdə tutulduğunu açıqlayıb: "Hazırda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisi üzrə hazırlıq işləri aktiv şəkildə davam etdirilir. Tikinti prosesinə 2027-ci ilin sonunda başlanılması, layihənin isə 2031-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır".

 

Baş nazir Telavi və Mestia hava limanlarında yeni terminalların tikintisinə də yaxın vaxtlarda start veriləcəyini söyləyib. 

 

Qeyd edək ki, Vaziani kəndi Gürcüstanın cənub-şərq hissəsində, azərbaycanlıların kompakt yaşadığı Qardabani bələdiyyəsinin ərazisində yerləşir. Yaşayış məntəqəsi Qardabani şəhərindən təxminən 23 kilometr şimal-şimal-qərb istiqamətində (birbaşa xətt üzrə) məsafədə yerləşir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.