Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb – DAHA 1 520 NƏFƏR XƏSARƏT ALAN VAR
YENİLƏNİB, VİDEO/ FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib.

 

Onun sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.

 

"3 000-ə yaxın ailə zəlzələnin fəsadlarından zərər çəkib", - Rodriges əlavə edib.

 


**14:50


Venesuelada ardıcıl baş verən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, 971 nəfər isə yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Delsi Rodrigez məlumat verib. 

 

Qeyd olunub ki, xilasetmə və axtarış əməliyyatları davam etdirilir. Hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərilməsi və dağıntıların nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

 

Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Karakasdan şimal-qərbdə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alıb. Zəlzələlər ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub.


**10:30


Venesuelada güclü zəlzələ baş verib.

 

Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, 7,1 maqnitudalı zəlzələ yerli vaxtla saat 18:04-də Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə qeydə alınıb.

 

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

ABŞ Geoloji Xidməti (USGS) isə daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat yayıb. Ölkə fövqəladə vəziyyət rejimi elan edilib. İlkin məlumata görə, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, daha 700 nəfər yaralanıb.

 

Bu arada ABŞ-ın dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək, güclü zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün ölkəsinin Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərəcəyini bildirib.

 

"ABŞ dağıdıcı zəlzələlərlə əlaqədar Venesuela xalqına dərin hüznlə başsağlığı verir. yaxınlarını itirənlər, yaralananlar, eləcə də təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yorulmadan çalışan cəsur xilasedicilərin yanındayıq. ABŞ bu çətin vaxtda Venesuela xalqını dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Dövlət Departamenti dərhal Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir", - M.Rubio yazıb.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.