
Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"7 may tarixində Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. O, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Diplomatik missiyanın rəhbərinə Kiyev rejiminin lideri Volodimir Zelenskinin Ermənistanda Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün platforma təmin etməsi qəti şəkildə qəbuledilməzdir", - deyə XİN-in məlumatında vurğulanıb.