
Ermənistanın Baş naziri Nikol Paşinyan metrodan istifadə edərkən çətinliklə üzləşib.
"Sputnik Armenia" xəbər verir ki, seçicilərlə növbəti görüşə tələsən Paşinyan metroya daxil olarkən bank kartı ilə ödəniş etmək istəyib.
Baş nazir kartını iki dəfə validatora yaxınlaşdırsa da, sistem işləməyib.
Paşinyan baş verənlərin səbəbini soruşduğu anda İrəvan meri Tiqran Avinyan mobil telefonunu terminala yaxınlaşdıraraq onun metrodan keçməsinə kömək edib.
Bundan sonra Paşinyan zarafatla “Bu, tanışlığa görədir?” deyə sual verib.