Əkrəm İmamoğlunun məhkəməsi başladı - VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və digərlərinin “casusluq işi” üzrə məhkəməsi başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmənin ilk iclası bu gün Silivridə, 25-ci İstanbul Ağır Cinayət Məhkəməsində keçirilib.

 

Eyni zamanda, Əkrəm İmamoğlu və təqsirləndirilən Necati Özkanın "mütəşəkkil cinayətkar dəstə yaratmaq” ittihamı ilə bağlı digər məhkəmə prosesi bu gün digər zalda keçirilir.

 

Qeyd edək ki, ötən ilin oktyabrında Əkrəm İmamoğlu, İmamoğlunun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağa qarşı casusluq ittihamı ilə istintaq başladılıb.

 

Əkrəm İmamoğlu ötən ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə cəlb olunub. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb.

 

Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.